Bakıdan Laçına müntəzəm reys üzrə ilk avtobus yola düşüb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
AYNA-dan "Report"a bildirilib ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.
Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.
Oxşar xəbərlər
Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq
Sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Gələn həftədən Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












