Sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək
sizinxeber.az xəbər saytı

Sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək


“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sentyabrın 16-dan Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək.

APA xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Bakı-Şuşa istiqamətində biletin qiyməti 14.80 manat, Bakı-Xankəndi istiqamətində 14.20 manat, Bakı-Xocalı istiqamətində isə 13.90 manat təşkil edir.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Qeyd edilib ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Oxşar xəbərlər

Sabahdan Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayır
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq
İşğaldan azad edilmiş ərazilərdə şəhərlərarası marşrut xətləri müsabiqəyə çıxarılıb
Qarabağa getmək istəyənlərin nəzərinə!
AYNA işğaldan azad edilmiş ərazilərdə marşrut xətlərini müsabiqəyə çıxarıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər