Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən vahid informasiya sistemi yaradılacaq
Azərbaycanda peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) əks etdirən vahid informasiya sistemi yaradılacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planında öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi baza formalaşdırılmalıdır. Prosesin növbəti iki il üçün həyata keçirilməsi nəzərdə tutulub.
Əsas icraçı orqan kimi müəyyənləşən Nazirlər Kabineti ilə yanaşı Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub
Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq
Azərbaycanda Vahid İnformasiya Sistemi yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
