Elektrik avtomobillərinin bazar payı 2030-cu il üçün 40%-i ötəcək - PROQNOZ
sizinxeber.az xəbər saytı

Elektrik avtomobillərinin bazar payı 2030-cu il üçün 40%-i ötəcək - PROQNOZ


Elektrik mühərrikli modellərin qlobal avtomobil bazarında payı 2030-cu il üçün 40%-i ötəcək.

Bu barədə “APA-Econoomics” Beynəlxalq Enerji Agentliyinin (IEA) dünyada elektrikli avtomobillərin inkişafı ilə bağlı hesabatına istinadən xəbər verir.

“Əhəmiyyətli qeyri-müəyyənliklərə baxmayaraq, elektrikli avtomobillərin bazar payı 2030-cu il üçün 40%-i keçəcək, çünki onlar bir çox bazarda getdikcə daha əlverişli olurlar”, - hesabatda qeyd olunur.

Hesabata əsasən, qlobal iqtisadi artım, ticarət və sənaye siyasətlərinin təkamülü ilə bağlı qeyri-müəyyənliklər artım perspektivinə təsir edə bilər, lakin bu proses elektrik avtomobillərin artan əlverişliliyi ilə dəstəklənir.

"Bizim məlumatlarımız göstərir ki, əhəmiyyətli qeyri-müəyyənliyə baxmayaraq, elektrik avtomobilləri qlobal miqyasda güclü inkişaf trayektoriyasında qalır. Satışlar beynəlxalq avtomobil sənayesi üçün ciddi təsirləri olan yeni rekordlar vurmağa davam edir", - Agentliyin İcraçı Direktoru Fatih Birol bildirib.

IEA-nın proqnoozlarına əsasən, bu il dünyada satılan hər dörd avtomobildən birindən çoxu elektrikli olacaq. Bu onilliyin sonuna qədər isə qeyd olunan rəqəmin hər beşdə ikidən çox olacağı gözlənilir.

Oxşar xəbərlər

Süni intellekt məlumatların emalı mərkəzlərində enerji tələbini kəskin artıracaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texniklər hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda alternativ enerji istehsalı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMW avtomobillərinin rəsmi idxalçısı olan “Improtex Motors” COP29-un nəqliyyat tərəfdaşı seçilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Nəbiyev: 2030-cu ilədək Bakıda tamamilə elektrik mühərrikli ictimai nəqliyyat vasitələrinə keçid nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər