Süni intellekt məlumatların emalı mərkəzlərində enerji tələbini kəskin artıracaq - PROQNOZ
Dünya üzrə məlumat mərkəzlərində elektrik enerjisinə tələbat 2030-cu ilə qədər iki dəfədən çox artaraq təxminən 945 teravatt-saata çatacaq ki, bu da Yaponiyanın bugünkü ümumi elektrik istehlakından bir qədər çoxdur.
Bu barədə “Sizinxeber.az-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu artımın ən əhəmiyyətli səbəbi süni intellekt olacaq. Belə ki, süni intellektlə optimallaşdırılmış məlumatların emalı mərkəzlərində elektrik enerjisinə tələbatın 2030-cu ilə qədər dörd dəfədən çox artacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, ABŞ-da məlumatların emalı mərkəzlərinin elektrik istehlakı indidən 2030-cu ilə qədər elektrik enerjisinə tələbat artımının təxminən yarısını təşkil edəcək.
“Süni intellektin istifadəsi sayəsində ABŞ iqtisadiyyatı 2030-cu ildə məlumatların işlənməsi üçün alüminium, polad, sement və kimyəvi maddələr də daxil olmaqla, bütün enerji tutumlu məhsulların birgə istehsalından daha çox elektrik enerjisi istehlak edəcək”, - hesabatda qeyd olunur.
Daha geniş mənada, inkişaf etmiş iqtisadiyyatlarda məlumatların emalı mərkəzləri 2030-cu ilə qədər elektrik enerjisinə tələbatın artımının 20%-dən çoxunu təşkil edəcək.
Hesabata görə, məlumat mərkəzlərinin artan enerji ehtiyaclarını ödəmək üçün müxtəlif enerji mənbələrindən istifadə ediləcək, lakin, bərpa olunan enerji mənbələri və təbii qaz əsas bazarlarda rəqabət qabiliyyətinə və mövcudluğuna görə aparıcı rol oynayacaq.
Oxşar xəbərlər
Nazir: 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payı 35,5%-ə yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
IEA: 2030-cu ilə qədər nüvə energetikasının inkişafına illik investisiyalar 120 milyard ABŞ dollarına çata bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Böyük Britaniya ABŞ-yə enerji kabelləri çəkmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hidrogenin istehsalı üzrə üç ssenari açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












