Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb
sizinxeber.az xəbər saytı

Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb


2024-cü ildə dünyada elektrik enerjisindən istifadə son onillikdəkindən daha çox artıb.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin illik hesabatında bildirilir. Qeyd olunur ki, tarixdə ilk dəfə neft mənşəli yanacağın payı 30 faizdən aşağı düşüb.

Agentlik qlobal elektrik istehlakının il ərzində 4 faiz, yaxud 1100 teravatsaat artdığını bildirir. İstehlakın artmasının başlıca səbəbi soyutmaya tələbatın artmasıdır. İqlim dəyişiklikləri nəticəsində kondisionerlərə və soyuduculara tələbat artır. Bundan başqa, nəqliyyatın elektrikləşməsi, data mərkəzlərinin yaradılması və süni intellektdən istifadənin genişlənməsi də elektrik enerjisi istehlakını sürətləndirir.

Oxşar xəbərlər

Azərbaycanda “Elektrik enerjisindən istifadə Qaydaları” dəyişib
Azərbaycanda “Elektrik enerjisindən istifadə Qaydaları” dəyişib
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib
Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər