KİV: Böyük Britaniya ABŞ-yə enerji kabelləri çəkmək istəyir
sizinxeber.az xəbər saytı

KİV: Böyük Britaniya ABŞ-yə enerji kabelləri çəkmək istəyir


Bir qrup britaniyalı sərmayədar ABŞ və Böyük Britaniya arasında elektrik enerjisinin ötürülməsi üçün transatlantik kabellərin çəkilməsi imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.

Nəşr vurğulayıb ki, kabellərin uzunluğu təqribən 5,6 km olacaq, onlar okeanın səthinin altında üç kilometrə qədər dərinlikdə yerləşəcək. Kabellər bir neçə atom elektrik stansiyasının hasilatına ekvivalent həcmdə elektrik enerjisi ötürəcəklər.

Nəşrin məlumatına görə, quraşdırma tamamlandıqdan sonra Böyük Britaniyanın milli şəbəkəsinə təxminən 3,6 giqavat elektrik enerjisi veriləcək ki, bu da ümumi elektrik enerjisinə tələbatın təxminən 8 %-nə uyğundur.

Nəşr vurğulayıb ki, hazırda plan ilkin hazırlıq mərhələsindədir.

Oxşar xəbərlər

Prezident: “Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bir külək və üç günəş elektrik stansiyası inşa edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külək Aİ-nin elektrik enerjisinə olan tələbatının 19 %-ni təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeronun gələcək qaz tələbatına 4 amil təsir edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər