AÇG-yə ötən il 1,8 mlrd. dollardan artıq vəsait xərclənib
Ötən il "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 1 828 mln. ABŞ dolları xərclənib.
Bu barədə “Sizinxeber.az-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Bildirilib ki, hesabat dövründə AÇG üzrə fəaliyyətlərə təqribən 535 mln. dollar əməliyyat məsrəfləri və 1,293 mln. dollar əsaslı məsrəflər xərclənib.
“Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu. ACE platformasından ilk neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edildi. 2024-cü il ərzində platformada daha iki hasilat quyusu istismara verildi və bununla da ACE-dən hasilat artaraq ilin sonuna gündə təxminən 26 000 barelə çatdı”, - hesabatda qeyd olunub.
"2024-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 342 min. barel və ya ümumilikdə təxminən 125 mln. barel, yəni 16 milyon ton olub. İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub”, - hesabatda deyilir.
Vurğulanıb ki, il ərzində AÇG-də 14 neft hasilatı quyusu, 3 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb.
Oxşar xəbərlər
“Şahdəniz” yatağına bu il 2 mlrd. dollardan artıq xərc çəkilib
“Şahdəniz” yatağına ötən il 3 mlrd. dollara yaxın xərc çəkilib
AÇG layihəsi üzrə əsaslı xərclər 45 mlrd. dollara çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
