"OPEC+" ölkələri 2026-cı ilin sonunadək xam neft hasilatı ilə bağlı razılığa gəliblər
sizinxeber.az xəbər saytı

"OPEC+" ölkələri 2026-cı ilin sonunadək xam neft hasilatı ilə bağlı razılığa gəliblər


OPEC+ ölkələri 2026-cı ilin sonunadək 39,7 mln. barrel həcmində gündəlik xam neft hasil edilməsi ilə bağlı razılaşma əldə edib.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

“Bu müddətdə Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Lakin 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 mln. barrel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 mln. barrel əlavə könüllü ixtisarlarını isə 2025-ci ilin martın sonuna qədər davam etdirəcəklər. Bu ölkələrin 2,2 mln. barrelik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək. “OPEC plus”un bu razılaşmaları qlobal neft bazarının dayanıqlığının təmin edilməsi və neft sənayesinin davamlı inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir bildirib.

Oxşar xəbərlər

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
OPEC: Azərbaycan gündəlik neft hasilatını artırıb
“OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
Azərbaycanda avqustda gündəlik neft hasilatı üzrə göstərici açıqlanıb
Azərbaycan fevralda “OPEC+” kvotasından 75 min barel geri qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər