Deputat: Neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır
Baza ssenari üzrə neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili bildirib.
Deputat deyib ki, beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər. Maliyyə Nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirləri 340 mln manat azalacaq. Bu halda belə hökumətin bu riski idarə etmək imkanları mövcud olacaq. Qaz qiymətləri hesab edirəm ki, baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanaçaq” kimi qəbul edilir, o zaman, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaq”.
Oxşar xəbərlər
Tahir Mirkişili: Sosial yönümlü xərclərin ümumi xərclərin 41%-nə çatdırılması müsbət haldır
Maliyyə naziri neft qiymətinin büdcədə səbəb ola biləcəyi risklərə aydınlıq gətirib
Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır
Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlanıb
Neft qiymətinin gəlirlərin azalmasına təsiri ilə bağlı tədbirlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












