Azərbaycanda elektrik enerjisinə tələbat tarixi sərhədi aşıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektrik enerjisinə tələbat tarixi sərhədi aşıb


Azərbaycanda 6 avqust saat 15:00-da elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub. Eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.

“AzərEnerji”dən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında tempratur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Oxşar xəbərlər

Süni intellekt məlumatların emalı mərkəzlərində enerji tələbini kəskin artıracaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal qızıl tələbi rekord həddə yüksəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 550 mln. kVt/s “yaşıl enerji” istehsal edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt-a yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər