ARDNF İtaliya şirkətindən 49% pay alacaq
sizinxeber.az xəbər saytı

ARDNF İtaliya şirkətindən 49% pay alacaq


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi layihələrinə sərmayə yatırır – Enfinity ilə tərəfdaşlıq çərçivəsində 49 %-lik pay alır. Artıq ABŞ-ın "Enfinity Global Inc." şirkətinin İtaliyadakı günəş enerjisi aktivlərində pay əldə etmək barədə razılıq əldə edib.

"APA-Economics" xəbər verir ki, sövdələşməyə əsasən, ARDNF "Enfinity"yə məxsus ümumilikdə 402 meqavat gücündə olan portfelin 49 %-ni alacaq. Bu portfelə İtaliyanın Latsio və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası daxildir. Layihələrin bir hissəsi artıq istismardadır, digərləri isə inşa mərhələsindədir. Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. Nəzarət payı isə “Enfinity” şirkətində qalacaq.

"Bu investisiya İtaliyada yeni layihələrin inkişafını maliyyələşdirməyə imkan verəcək. Bərpa olunan enerji bazarında hələ də böyük inkişaf potensialı var", – “Enfinity”nin baş direktoru Karlos Domeneç qeyd edib.

ARDNF-ın icraçı direktoru İsrafil Məmmədov isə bildirib ki, bu, Fondun İtaliyada və daha geniş Avropada bərpa olunan enerji sahəsində mövcudluğunu genişləndirmək üçün atdığı ilk addımdır.

Hazırda ARDNF-ın ümumi investisiya portfeli 60 milyard ABŞ dollarına yaxındır və infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivləri əhatə edir.

Oxşar xəbərlər

ARDNF İtaliyada "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ini alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft Fondu ötən il AÇG-dən 6 mlrd. dollardan artıq gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-in AÇG-dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər