Neft Fondu ötən il AÇG-dən 6 mlrd. dollardan artıq gəlir əldə edib
Ötən il (01.01.2024 - 01.01.2025 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 6 158,5 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 10,7% azdır.
ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, 2023-cü ildə sözügedən göstərici 6 899,2 mln. ABŞ dolları səviyyəsində olub.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Oxşar xəbərlər
Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-in AÇG-dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 10%-dək azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 13%-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AÇG-dən SOCAR-a qazın ötürülməsi 9% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












