Azərbaycanda dənizlə bu il daşınan yüklərin 48%-i neftin payına düşüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda dənizlə bu il daşınan yüklərin 48%-i neftin payına düşüb


Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 608 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7% artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Bildirilir ki, hesabat dövründə daşınan yüklərin 48,8%-ni neft yükləri təşkil edib.

Hesabata əsasən, dəniz limanları tərəfindən 6830,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 5 553,3 min tonunu və ya 81,3%-nni tranzit yüklər təşkil edib.

Qeyd olunur ki, 2025-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 277,9 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,2% azalaraq 12,7 min nəfər olub”, - məlumatda vurğuıanır.

Oxşar xəbərlər

Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin həcmi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər