Azərbaycanda dəniz ilə daşınan yüklərin həcmi artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda dəniz ilə daşınan yüklərin həcmi artıb


Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2 946 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7% artıb.

Dövlət Statistika Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 48,5%-ni neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 4543,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 3797,9 min tonunu və ya 83,6 faizini tranzit yüklər təşkil edib. 2025-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 193,1 min ton olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə əbu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% azalaraq 7,9 min nəfər olub.

Oxşar xəbərlər

Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin və yük daşımaları kəskin artıb
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər