Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb
sizinxeber.az xəbər saytı

Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb


Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 932,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalıb.

Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 48,6%-i neft yükləri təşkil edib.

Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377,0 min tonunu və ya 80,3%-i tranzit yüklər təşkil edib. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26 min nəfər olub”, - məlumatda qeyd olunur.

Oxşar xəbərlər

Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər