Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 2 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 2 dəfədən çox artıb


2024-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.1 dəfə artıb. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri XankəndiLaçında yaradılıb. Belə ki, hesabat dövründə Xankəndidə 702, Laçında isə 471 yeni iş yerləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Əvvəlki il müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3% artıb.

Aşağıdakı cədvəldə 2024-cü il ərzində azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib:

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Bakıda yeni açılmış iş yerlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il azad edilmiş rayonlarda yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağ və Şərqi Zəngəzurda yeni orta sahibkarlıq subyektlərinin sayı 7 dəfədən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər