Ötən il Bakıda yeni açılmış iş yerlərinin sayı açıqlanıb
2023-cü ildə Bakı şəhərində 65 553 ədəd yeni iş yerləri yaradılıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə bu göstəricinin həcmi 14.7% artıb. Belə ki, 2022-ci il ərzində Bakıda 57 136 ədəd yeni iş yeləri açılmışdı.
Qeyd edək ki, 2023-cü il ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 53 330 ədəd yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 3311 ədəd yeni iş yeri açılıb.
Xatırladaq ki, ötən il Bakıda 13 116 yeni müəssisə və təşkilat, 23 305 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki illə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 3.8%, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı isə 11.7% azalıb.
Oxşar xəbərlər
Ötən il azad edilmiş rayonlarda yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir
Göygöl RPŞ-yə yeni rəis müavini təyin edilib
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













