Ötən il azad edilmiş rayonlarda yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb
2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 147 yeni müəssisə və təşkilat, 2662 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, əvvəlki illə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 45.5%, fərdi sahibkarlıq subyektlərinin sayı 23.4% artıb. Belə ki, 2022-ci il ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 2157 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə və təşkilat Ağdam (35), Cəbrəyıl (22) və Laçın (19) rayonlarında yaradılıb. Ən çox fərdi sahibkarlıq subyekti isə Ağdam (994), Füzuli ( 632) və Laçın (273) rayonlarında yaradılıb.
Aşağıdakı cədvəldə, ötən il ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.
| Azad edilmiş rayonlar | Müəssisə və təşkilatlar | Fərdi sahibkarlar |
| Ağdam | 35 | 994 |
| Füzuli | 15 | 632 |
| Laçın | 19 | 273 |
| Qubadlı | 10 | 188 |
| Cərayıl | 22 | 176 |
| Kəlbəcər | 14 | 145 |
| Zəngilan | 15 | 108 |
| Şuşa | 7 | 64 |
| Xocavənd | 7 | 54 |
| Xocalı | 3 | 26 |
| Xankəndi | 2 |
Oxşar xəbərlər
Ötən il Bakıda yeni açılmış iş yerlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman erməni əsirliyindən azad edilmiş hərbi qulluqçularla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












