Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı açıqlanıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1532 yeni iş yeri yaradılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıb. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yerləri yaradılmışdı.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 409, Şuşada isə 324 yeni iş yeriləri yaradılıb.
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 246 yeni müəssisə və təşkilat, 2779 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.4 dəfə, fərdi sahibkarların sayı isə 55.9% artıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.

Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Bakıda yeni açılmış iş yerlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il azad edilmiş rayonlarda yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
9 ayda azad edilmiş rayonlarda tikinti işlərinə 3.6 mlrd. manatdan çox vəsait xərclənib - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il dövlət əmlakının icarəsindən büdcəyə 28,3 mln. manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












