Azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI
2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 299, Şuşada isə 232 yeni iş yeriləri yaradılıb.
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin I yarımilində yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.

Oxşar xəbərlər
Salyanda ötən illə müqayisədə 10,8 dəfə çox yeni iş yeri açılıb
Cəlilabadda 41 yeni iş yeri yaradılıb, orta aylıq əməkhaqqı artıb
Ötən il Bakıda yeni açılmış iş yerlərinin sayı açıqlanıb
Ötən il azad edilmiş rayonlarda yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













