Ötən ay Azərbaycanın qeyri-neft ixracı 11%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Ötən ay Azərbaycanın qeyri-neft ixracı 11%-ə yaxın artıb


2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə(İİTKM) istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft-qaz ixracı ötən il artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il yeyinti məhsullarının ixracı 11%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-ə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qeyri-neft ixracı 2% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər