“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar - FOTO
“Azərsun Holdinq” istehsal müəssisələrində tətbiq etdiyi yeniliklər və peşəkar komandası ilə Türkiyədə keçirilən 27-ci ənənəvi KalDer–“Türkiyə Kalitə Dərnəyi” Kaizen müsabiqəsinə qatılaraq yüksək nəticələr qazanıb. Azərsun Kağız və Karton İstehsalat Korporasiyası (AKKİK), İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki, Sun Food müəssisələri ilkin mərhələləri keçərək finala vəsiqə qazanıblar.
"Sizinxeber.az-Economics" xəbər verir ki, Ankara şəhərində keçirilən final tədbirində, “Azərsun Holdinq” əməkdaşları, 1500 nəfərlik izləyici qarşısında layihələrini təqdim ediblər. Təqdimatlar nəticəsində AKKİK və İmişli Şəkər Zavodu Kaizen Mükafatına layiq görülərək kubok qazanıblar. Bu mükafatlar, şirkətin istehsal sahəsindəki yüksək standartlarını dünya səviyyəsində nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Səfərdən mükafatla qayıdan əməkdaşlar “Azərsun Holdinq”in rəhbərliyi ilə görüşərək layihələrini təqdim ediblər.
Qeyd edək ki, “Azərsun Holdinq”in Kaizen fəaliyyətləri ilə əldə etdiyi bu mükafatlar, yalnız Azərbaycanda deyil, beynəlxalq arenada da yüksək qiymətləndirir.
Oxşar xəbərlər
“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq” Yaşıl zonada "İstehlakçılıqdan dövriyyəyə" panel müzakirəsi təşkil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat çatdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












