9 ayda azad edilmiş rayonlarda tikinti işlərinə 3.6 mlrd. manatdan çox vəsait xərclənib - SİYAHI
2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.
“Sizinxeber.az-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 266.3 milyon manat azdır. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 870 milyon 597 min manat vəsait yönəldilib.
Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 mln. 437 min manat), Ağdam (527 mln. 112 min manat) və Laçın ( 567 mln. 497 min manat) rayonlarına ayrılıb.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39.2%-ni təşkil edib
Aşağıdakı cədvəldə cari ilin 9 ayı və ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:
| Azad edilmiş ərazilər | 2023-cü il yanvar-sentyabr. Min manat | 2024-cü il yanvar-sentyabr. Min manat |
| Kəlbəcər rayonu | 650370 | 797437,1 |
| Laçın rayonu | 983043,9 | 569497,8 |
| Ağdam rayonu | 341420,6 | 527112,2 |
| Şuşa rayonu | 332300,7 | 386148,9 |
| Zəngilan rayonu | 367889,8 | 329544,4 |
| Füzuli rayonu | 585624,1 | 319788,9 |
| Cəbrayıl rayonu | 334275,1 | 273959,9 |
| Qubadlı rayonu | 188330,8 | 270482,4 |
| Xocavənd rayonu | 87304,2 | 56439,9 |
| Xocalı rayonu | 38,1 | 34500 |
| Xankəndi şəhəri | 29053,7 | |
| Ağdərə rayonu | 10341,9 |
Oxşar xəbərlər
Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə 2 mlrd. manatdan çox vəsait xərclənib - Siyahı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin 7 ayında əhaliyə 5 milyard manatdan çox sosial ödənişlər edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












