Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib
sizinxeber.az xəbər saytı

Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib


2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 268 milyon 435 min dollar dəyərində 66 285 ədəd avtomobil idxal olunub.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 9% və ya 6 598 ədəd azalıb, dəyəri isə 5.1% və ya 62.2 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 207 milyon 206 min dollar dəyərində 72 883 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% və ya 127 ədəd avtomobil artaraq 2245 ədəd təşkil edib.

Oxşar xəbərlər

Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən düyü 16% bahalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan avtomobil idxalını 9 % azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər