Yeddi ayda 810 xarici investisiyalı şirkət dövlət qeydiyyatından keçib
2024-cü ilin avqust ayının 1-nə Azərbaycanda uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13.810 vahid (7,4 faiz) artıb.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183.528 vahid təşkil edib və 2023-cü ilin yanvar – iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.
2024-cü ilin 7 ayı ərzində 7.426 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6.616-sı (89,1 faiz) yerli investisiyalı, 810-u (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5.985-i (80,6 faizi) elektron qaydada, onların isə 4.832-si Asan İmza, 1.140-ı yeni üsulla (finkod + mobil nömrə), 13-ü isə “SİMA” rəqəmsal imzası vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.101 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,0 faiz təşkil edib.
Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 faiz artıb.
Oxşar xəbərlər
Bu il 205 xarici investisiyalı müəssisə dövlət qeydiyyatından keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana turist gəlişi 34% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan xaricə turist axını 26% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda şirkətlərin 36%-i qeyri-aktivdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












