“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
“Azərsun Holdinq”in 15 ildən artıqdır ki, davam etdirdiyi “Qan ver, yaşat” sosial layihə çərçivəsində növbəti qanvermə aksiyası baş tutub. Könüllülük prinsipi əsasında təşkil olunan bu layihənin məqsədi talassemiya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən azyaşlı uşaqlara həyat vermək, onların müalicəsinə dəstək olmaqdır. Layihə həmçinin cəmiyyət arasında donorluq mədəniyyətinin formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin artırılmasına xidmət edir.
Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, toplanan qan nümunələri müvafiq laborator analizlərdən keçdikdən sonra Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilir. Layihə çərçivəsində ötən illər ərzində Mərkəzi Qan Bankına ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə töhfə olub.
Oxşar xəbərlər
Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub - FOTO
“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat çatdırıb
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək
“Azərsun” COP29-un ilk günündə keçirəcəyi tədbirləri açıqladı
"Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
