Azərbaycanda vergi ödəyicilərinin sayı 5%-ə yaxın artıb
2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.690.311 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
"Sizinxeber.az-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3 faiz artıb.
Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206.250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur.
2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib.
2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv kommersiya qurumlarının sayı 7,4 faiz artıb.
Oxşar xəbərlər
Azərbaycanda kommersiya qurumlarının sayı 8%-dən çox artıb
Ötən ay 129 xarici investisiyalı qurum dövlət qeydiyyatından keçib
I rübdə 383 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib
Azərbaycanda vergi ödəyicilərinin sayı 1.6 milyona yaxınlaşıb
Ötən il Azərbaycanda 1545 xarici investisiyalı kommersiya qurumu qeydiyyatdan keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
