DGK: Külli miqdarda narkotik vasitə aşkar edilib
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.
Qeyd olunur ki, faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO
“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edilib - FOTO
"Brokoli və kahı” yükünün içərisindən 118 kq marixuana aşkar edilib
İrandan Rusiyaya gedən maşında 97 kq narkotik tapılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
