Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar proqnozu üstələyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
15:00

Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar proqnozu üstələyib

27 may, 2025
15:00
321

Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar proqnozu üstələyib

2024-cü ildə Azərbaycanda gömrük rüsumları üzrə 1 milyard 757 milyon manat proqnoza qarşı icra 1 milyard 790,7 milyon manat və yaxud 33,7 milyon manat (1,9 %), 2023-cü illə müqayisədə isə 163,6 milyon manat və yaxud 10,1 % çox olub.

"Sizinxeber.az" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il idxalda ƏDV-nin proqnozla müqayisədə artıq icra olunmasının əsas səbəbi faktiki idxalın makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olmasıdır. Belə ki, 2024-cü ildə proqnozla idxalın dəyəri 17 milyard 222,7 milyon ABŞ dollarına qarşı 21 milyard 58 milyon ABŞ dolları və yaxud 3 milyard 835,3 milyon ABŞ dolları (22,3 %) çox (Dövlət Neft Fondunın qızıl idxalı nəzərə alınmadan 522,4 milyon ABŞ dolları və yaxud 3 %) təşkil edib.

Eyni zamanda, gömrük rüsumuna cəlb olunan idxal mallarının 2023-cü illə müqayisədə 217 milyon ABŞ dolları və yaxud 2,9 % artması əsasən hibrid avtomobillər idxalının 255,9 milyon ABŞ dolları, mobil cihazların isə 105,5 milyon ABŞ dolları gömrük rüsumları üzrə əlavə daxilolmalara səbəb olub.

Bizimlə əlaqə saxlayın