Vahid Xəzinə Hesabında 665 mln. manatlıq fərq aşkarlanıb
2024-cü il üzrə Vahid Xəzinə Hesabında (VXH) 665 milyon manatlıq uyğunsuzluq aşkarlanıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” təqdim etdiyi rəyində əks olunub. Rəydə qeyd edilir ki, VXH-də aylar üzrə sərbəst qalığın dəyişimi ilə dövlət büdcəsinin profisiti, defisiti və maliyyələşmə mənbələri arasında ümumilikdə 665 milyon manatlıq uyğunsuzluq müşahidə olunub.
Təhlil göstərib ki, ilin müxtəlif aylarında xəzinə hesabının son qalığı, həmin ayın əvvəlindəki qalıq, dövlət büdcəsinin profisiti və maliyyələşmə mənbələri ilə müqayisədə fərqlənib. Bəzi aylarda fərq 400 milyon manata yaxınlaşıb. Yanvar ayında 465,5 milyon manat, sentyabrda isə 152 milyon manat çatışmazlıq yaranıb. Yalnız dekabr ayında 185,9 milyon manat artıqlıq qeydə alınıb.
Hesablama Palatası qeyd edir ki, bu cür uyğunsuzluqlar normativ-hüquqi bazanın natamamlığı ilə bağlıdır və qanunvericilikdə texniki dəyişikliklərə ciddi ehtiyac olduğunu vurğulayır.
Oxşar xəbərlər
Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 1.8 mlrd. manat təşkil edib
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Ötən il büdcə kəsirinin maliyyələşmə mənbələri məlum olub
Bu ilin 9 ayında dövlət büdcəsinin profisiti 2.5 mlrd. manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
