Ötən il büdcə kəsirinin maliyyələşmə mənbələri məlum olub
2024-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait, dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar, məqsədli büdcə fondlarının və vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilib.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.
Qeyd edilib ki, 2024-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3354,3 milyon manat məbləğində təsdiq olunsa da faktiki kəsir 551,8 milyon manat təşkil etməklə proqnoza nisbətən 2802,5 milyon manat və ya 83,5 faiz az olub. Dövlət büdcəsinin kəsiri 2024-cü ilin faktiki ÜDM-in 0,4 faizini təşkil etmişdir ki, bu da proqnozlaşdırılmış həddən 2,4 faiz-bənd azdır.
Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinin gəlirləri üzrə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsi xərclərinin 2028,7 milyon manatlıq hissəsinin (5,1 faiz) qənaət edilməsi hesabına olub.
Oxşar xəbərlər
Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 1.8 mlrd. manat təşkil edib
2024-cü il dövlət büdcəsinin gəlirlərinin icra vəziyyəti açıqlanıb
Ötən il COP29-a dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb
Azərbaycanın müdafiə xərcləri artıb
Dövlət büdcəsinə qeyri neft-qaz sektoru üzrə daxilolmaların həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
