Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - Video
sizinxeber.az xəbər saytı

Sükan arxasında yuxuladı, qəza baş verdi: ölən var - Video


Bakı şəhəri, Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, qəza Zığ qəsəbəsində olub.

Belə ki, BYD markalı nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan "Opel"ə çırpılıb. Zərbənin təsiri nəticəsində "Opel" markalı nəqliyyat vasitəsi səkidə hərəkətdə olan yaşlı qadını vurub. Nəticədə səkidə qadın hadisə yerində ölüb.

Sürət həddini endirə bilməyən BYD-nin sürücüsü yol kənarında dayanmış digər avtomobilə - "Prius"a çırpılıb.

Hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrini yüksək sürət ilə idarə etdiklərinə görə qeyd olunan ərazidə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Bakıda ölümlə nəticələnən qəza - Anbaan videosu
Bakıda moped avtomobilə çırpılıb, ölən var
Xaçmazda zəncirvarı qəza olub, yaralanan var
Gəncədə infarkt keçirən sürücü qəza törədib - YENİLƏNİB
Şamaxı rayonunda avtomobil ağaca çırpılıb, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər