Bakıda daha 157 mənzil kirayə mexanizmi ilə satışa çıxarılıb
sizinxeber.az xəbər saytı

Bakıda daha 157 mənzil kirayə mexanizmi ilə satışa çıxarılıb


İpoteka və Kredit Zəmanət Fondu (Fond) daha 157 mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində satışa çıxarıb.

"Sizinxeber.az-Economics" bu barədə Fonda istinadən xəbər veri. Qeyd edilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 157 yeni, tam təmirli mənzili kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.

Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 23 may 2025-ci il tarixində 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb.

Oxşar xəbərlər

Daha 296 kirayə mənzil satışa çıxarılıb
Sumqayıt və Sarayda kirayə mexanizmi çərçivəsində daha 549 mənzil təqdim ediləcək
Daha 207 "kirayə mənzil" satışa çıxarılıb
Daha 207 "kirayə mənzil" satışa çıxarılır
Daha 369 kirayə mənzil satışa çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər