ABB 485 mln. manatlıq avrobondlarının hamısını satıb
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 484,76 milyon manat həcmində avrobondlarının hamısını satıb.
“Sizinxeber.az-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, ABB biri 2017-ci ilin sentyabr ayında buraxılmış və illik 3.5% kupon faiz dərəcəsinə malik olan avrobondlar, digəri isə 2022-ci ilin iyun ayında buraxılmış və illik 6% kupon faiz dərəcəsinə malik olan yerli istiqrazlar olmaqla iki istiqrazı mövcud idi. Həmin istiqrazlar müvafiq olaraq 2024-cü ilin sentyabr və iyun aylarında müddətini başa vurub və Qrup tərəfindən tam şəkildə ödənilib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Oxşar xəbərlər
“Azərbaycan Beynəlxalq Bankı”nın dividend ödənişi üzrə proqnoz sabit saxlanılır
"Azərbaycan Beynəlxalq Bankı"nın əsas rəhbərliyinə ödəniş 48 %-ə yaxın artıb
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat
"Bank Avrasiya"nın kredit və depozit portfeli azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
