ING Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanın 2025-ci il üzrə iqtisati artım proqnozunu 0,5 faiz bəndi azaldıb.
“APA-Economics” bu barədə ING-yə istinadən xəbər verir. Belə ki, bank qrupu 2025-ci ilin dördüncü rübü üzrə Azərbaycanda real ümumdaxili məhsul (ÜDM) artımı üzrə proqnozunu 4,5%-dən 4%-ə, ümumi 2025-ci il üzrə isə artım proqnozunu isə 3%-dən 2,5%-ə endirib. Bank 2026-cı il üzrə isə 2,5% iqtisadi artım proqnozlaşdırıb.
Qeyd edilib ki, proqnozun azaldılması əsasən ilin birinci rübündəki zəif iqtisadi göstəriciləri əks etdirir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi bu ilin il rübü üzrə Azərbaycanda 0,3% iqtisadi artım qeydə alıb.
Beynəlxalq reytinq agentlikləri - “S&P Global” bu il 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə iqtisadi artımı 3 %, 2026-cı ildə 2,5 %, Beynəlxalq Valyuta Fondu isə müvafiq olaraq 3,5 % və 2,5 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə, 2025-ci ildə iqtisadi artım 2,7 %, 2026-cı ildə 2,4 % təşkil edəcək. Asiya İnkişaf Bankı isə bu göstəriciləri müvafiq olaraq 3,4 % və 3,3 % səviyyəsində proqnozlaşdırır.
Oxşar xəbərlər
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
AİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
