Türkiyə ADB-nin regional üzvü olub
Asiya İnkişaf Bankı (ADB) Türkiyəyə regional üzvlük statusu verildiyini açıqlayıb.
“Sizinxeber.az” xəbər verir ki, üzvlüyün verilməsi mərasimi ADB-nin İtaliyanın Milan şəhərində keçirilən 58-ci illik toplantısı çərçivəsində baş tutub.
ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov qeyd edib ki, yeni status Türkiyəyə bankın maliyyə resurslarından, texniki yardımdan və potensialın gücləndirilməsi dəstəyindən faydalanmağa imkan verəcək. Tədbir çərçivəsində qeyri-suveren əməliyyatlar üzrə çərçivə sazişi də imzalanıb.
Türkiyə 1991-ci ildə ADB-yə qeyri-regional üzv kimi qoşulub. Yeni status ölkəyə bankın müntəzəm kapital resurslarına çıxış və onun əməliyyatlarında tam iştirak imkanı verir.
“Türkiyəni ADB-nin yeni regional üzvü kimi salamlayırıq. Bu, tərəfdaşlığımızda yeni səhifə açır və Türkiyənin Asiya-Sakit okean regionu ilə artan əlaqəsini vurğulayır”, - ADB prezidenti Masato Kanda söyləyib.
Türkiyə tərəfdən ADB-də idarəedici olan Osman Çelik bu hadisəni tarixi adlandırıb: “Üzv ölkələrin dəstəyinə, ADB-in rəhbərliyinə və keçid dövründə sıx əməkdaşlığa görə minnətdarıq. Türkiyə yeni statusunda regionun davamlı və inklüziv inkişafına fəal şəkildə töhfə verməyə çalışacaq”.
ADB-dən qeyd edilib ki, Türkiyənin borclanmasının həcmi tələb və layihə hazırlığından asılı olacaq. ADB 2025-27-ci illər üçün Müvəqqəti Ölkə Tərəfdaşlığı Strategiyasının (IPPS) bu ilin sentyabrında baş tutacağı gözlənilən təsdiqindən sonra kredit əməliyyatlarına başlamağı planlaşdırır.
ADB ilə əməkdaşlıq Türkiyənin 2024-2028-ci illər üçün nəzərdə tutulmuş On İkinci İnkişaf Planına əsaslanacaq. Əsas istiqamətlər davamlı inkişaf, regional əlaqə, su və şəhər inkişafı, kənd təsərrüfatı, təbii ehtiyatlar, infrastruktur və maliyyə inklüzivliyidir. Həmçinin inkişaf üzrə digər tərəfdaşlarla birgə maliyyələşdirmə və özəl kapitalın cəlb edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, 1966-cı ildə yaradılan ADB 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 üzv ölkəni birləşdirir. Bank innovativ maliyyə həlləri və strateji tərəfdaşlıq vasitəsilə inklüziv və davamlı inkişafı təşviq edir.
Oxşar xəbərlər
Asiya İnfrastruktur İnvestisiya Bankı yeni prezidentin seçilmə tarixini açıqlayıb
Masato Kanda: "ADB 2030-cu ilə qədər özəl investisiyaların həcmini dörd dəfə artırmağı planlaşdırır"
DSMF sədri İSSA-nın Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb
ADB 1,15 milyard dollarlıq panda istiqrazlar buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












