Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının gəlirləri və xərcləri azalıb
2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının gəlirləri 101,142 milyon manat, xərcləri isə 101,182 milyon manat təşkil edib.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,9 % və 5,7 % azdır.
Ötən il aparatın dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 79,882 milyon manat (əvvəlki ilə nisbətən 14,2 % az), birja əməliyyatlarından gəlirləri isə 21,259 milyon manat (47,4 % çox) olub.
Hesabat dövründə qurumun əməkhaqqı və məcburi dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,435 milyon manat (0,9 % az), maliyyə yardımları və sair transfer xərcləri 94,58 milyon manat (6,3 % az), sərf etdiyi materialların dəyəri 101 min manat manat (29,5 % çox), amortizasiya xərcləri 111 min manat manat (15,6 % çox), sair əməliyyat xərcləri isə 954 min manat (23,7 % çox) təşkil edib.
Oxşar xəbərlər
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri artıb, xərcləri azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
