Zahid Oruc: ”Qarabağda çalışanlar üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir”
sizinxeber.az xəbər saytı

Zahid Oruc: ”Qarabağda çalışanlar üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir”


Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çalışan şəxslər üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında - Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

"Həmin ərazilərdə işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır, müqəddəs əməyi təmsil edir və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidir, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir: "Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadalarının millətimizin gələcəyi üçün fədakar əməyini görürük. İnanırıq ki, müxtətif dövlət təltifləri də Yeni Vətən quruculuğunda çalışan insanlarımıza veriləcək. Çünki onlar 44 günlük müharibədə qəhrəmanlıq göstərən oğullarımızın müqəddəs işlərini davam etdirirlər", - deyə deputat əlavə edib.

Oxşar xəbərlər

Zahid Oruc: "Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc: Hərbi çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: “Hesablama Palatası səmərəlilik auditi üzrə hədəfə çata bilməyib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadiq Qurbanov: “Gələcəkdə "yaşıl büdcə" yanaşmaları Hesablama Palatasının yoxlamalarında əsas istiqamətdən birinə çevrilməlidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zahid Oruc: Cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi yanaşma tamamilə yanlışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər