Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub
sizinxeber.az xəbər saytı

Ziraat Bank Azərbaycan 2025-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub


Ziraat Bank Azərbaycan rəsmi saytında maliyyə göstəricilərinə dair hesabatlarını yayımlayıb. Hesabatlara əsasən Bank 2025-ci ilin ilk rübünü 3,6 mln manat xalis mənfəətlə başa vurub.

Təqdim olunan məlumatlara əsasən Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.4 % artaraq 909 mln manata yüksəlmişdir.

Dərc edilmiş maliyyə hesabatlarına əsasən, bankın kredit portfeli ilin əvvəlindən 8.5% artaraq 575 mln. manata çatmışdır. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Məhz biznes kreditlər üzrə ilin əvvəlindən artım 34 mln manat təşkil edib.

Bankın depozit portfeli aktivlərin artımını dəstəkləmişdir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 9.65 % artaraq 263 mln. manat təşkil etmişdir. Bank tərəfindən ötən bir ildə ümumi cəlb edilən vəsait isə 25 % artaraq 761 milyon manata çatmışdır.

Yayımlanan maliyyə hesabatlarına əsasən, 2025-ci ilin ilk rübündə Bankın faiz gəlirləri 7.5 mln manat, ümumi əməliyyat mənfəəti isə 6 mln. manat təşkil etmişdir.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı, Quba şöbəsi ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
Ziraat Bank Azərbaycan 2024-cü ilin III rübünü mənfəətlə başa vurub
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat
“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 14 mln. manatdan çox azalıb - Hesabat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər