HP: Elm və Təhsil Nazirliyində tikinti layihələri üzrə müqavilələrin həcmi süni artırılıb
sizinxeber.az xəbər saytı

HP: Elm və Təhsil Nazirliyində tikinti layihələri üzrə müqavilələrin həcmi süni artırılıb


Hesablama Palatası Elm vә Tәhsil Nazirliyi vә tabeliyindә olan tәsәrrüfathesablı Әsaslı Tikinti vә Tәchizat İdarәsinә (İdarә) dövlәt büdcәsindәn әsaslı vәsait qoyuluşu üzrә ayrılan dövlәt investisiyalarının auditini aparıb.

Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.

Audit ümumilikdә 53,5 mln. manat olmaqla 10 obyekti әhatә etmişdir

Tәhsil müәssisәlәri üzrә 3 tikinti obyektindә smeta vә müqavilәyә layihәdәki hәcmlәrdәn artıq hәcmin daxil edilmәsi işlәrin müqavilә dәyәrinin ümumilikdә 92085,98 manat artırılması ilә nәticәlәnmişdir.

Tәhsil obyektlәri üzrә 9 satınalmanın ehtimal olunan qiymәtini şәrtlәndirәn toplu smetada müvәqqәti bina vә qurğuların saxlanılması xәrclәrinә vә smetada nәzәrdә tutulmayan işlәrә nәzәrdә tutulmuş mәblәğdәn az mәblәğdә vәsaitә ehtiyacın yaranması vә uyğun olaraq müqavilәnin qiymәt cәdvәlinә daxil edilmәsi, elәcә dә bunlardan 3 satınalma üzrә әlavә olaraq toplu smetada texniki nәzarәtin saxlanılması, layihәlәndirmә işlәrinә, müәllif nәzarәtinә vә ekspertiza xәrclәrinә nәzәrdә tutulmuş vәsaitin satınalmaya çıxarılan işlәrin ümumi dәyәrindәn azaldılmaması ehtimal olunan dәyәrin ümumilikdә әhәmiyyәtli dәrәcәdә artmasına sәbәb olmuşdur.

Tәhsil obyektlәrini әhatә edәn 5 layihә üzrә smeta vә müqavilәnin qiymәt cәdvәlindә nәzәrdә tutulan işlәrin müәyyәn hissәsinin icra edilmәmәsi müqavilә öhdәliklәrinә riayәt olunmaması, smeta vә müqavilәdә nәzәrdә tutulmayan başqa işlәrin yerinә yetirilmәsi isә tikinti sahәsini tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinin pozulması ilә yanaşı yerinә yetirildiyi rәsmilәşdirilmiş işlәrin dәyәrinin ümumilikdә 633723,45 manat artırılması vә bәzi hallarda qәnaәt mәblәği nәzәrә alındıqdan sonra da artıq ödәnilmәsi ilә nәticәlәnmişdir.

Tәhsil obyektlәrini әhatә edәn 6 layihә üzrә müәllif nәzarәtçisinin iştirakı tәmin edilmәdәn bәzi hallarda sifarişçi ilә podratçı arasında müvafiq akt tәrtib edilmәklә smeta vә satınalma müqavilәsindә nәzәrdә tutulmayan ümumilikdә 560329,70 manat dәyәrindә işlәrin yerinә yetirildiyinin qәbul aktları ilә rәsmilәşdirilmәsi dövlәt vәsaiti hesabına hәyata keçirilәn tikinti layihәlәrin vә smeta bölmәsinin ekspertizadan keçirilmәsi qaydalarının pozulması ilә nәticәlәnmişdir

Tәhsil müәssisәlәrinin tikintisi üzrә 5 satınalma müqavilәsindә obyektlәrdә yerinә yetirilmiş işlәrin qәbulu aktına daxil edilmiş layihә-smeta vә satınalma sәnәdlәri üzrә bәzi işlәrә seçmә qaydada sifarişçinin nümayәndәsinin iştirakı ilә baxış keçirilәrkәn yerinә yetirilmiş işlәrin qәbulu aktına daxil edilmiş işlәrin hәcminin faktiki hәcmindәn çox göstәrilmәsi vә ya ümumiyyәtlә yerinә yetirilmәmәsi hesabına işlәrin hәcminin ümumilikdә ӘDV ilә 784318,00 manat dәyәrindә artırıldığı müәyyәn edilmişdir.

Oxşar xəbərlər

Naxçıvan Sosial Xidmәtlәr Agentliyinin fəaliyyətində nöqsanlar aşkar edilib
Hesablama Palatası güzəştli ipoteka kreditlərinin verilməsində nöqsanlar aşkarlayıb
Hesablama Palatası: “Bakı Metropoliteni” dövlәt satınalmalarında çoxsaylı nöqsanlara yol verib
Hesablama Palatası “Kliniki Tibbi Mәrkәz”in fəaliyyətində nöqsanlar aşkar edib
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər