Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır
Azərbaycanda dövlət büdcəsinin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.
O, qeyd edib ki, sənəd neft-qaz sektorundan gəlirlərin azalması fonunda qeyri-neft-qaz sektorunda davamlı artım təmin olunması nəzərə alınmaqla hazırlanıb, həm sosial ehtiyacların ödənilməsi, həm də iqtisadi dayanıqlılığın təmin olunmasına yönəlib.
"Büdcə gəlirləri və xərcləri düzgün proqnozlaşdırılıb. Qeyri-neft-qaz gəlirlərinin artması müsbət dinamika kimi qiymətləndirilir və proqnozlara görə, bu göstərici 2025-ci ildə büdcə gəlirlərinin yarısından çoxunu təşkil edəcək", - deyə sədr qeyd edib.
V.Gülməmmədov dövlət boru ilə bağlı risklərə diqqət çəkib və deyib ki, fiskal dayanıqlılığın qorunması üçün əlavə tədbirlər görülməlidir.
"İşğaldan azad edilmiş ərazilərə yönəldilən investisiyalar ölkənin iqtisadi inkişafı və əhalinin sosial rifahı baxımından böyük əhəmiyyət daşıyır. Palata bu layihələrin effektivliyinin artırılmasını vacib hesab edir. Büdcənin şəffaflığının artırılması və maliyyə resurslarının səmərəli istifadəsi üçün müasir yanaşmaların tətbiqi zəruridir", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Hesablama Palatası: Qeyri-büdcə sektorundan DSMF-yə daxilolmalarla bağlı əlavə potensial var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: “Azərbaycanın büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Gülməmmədov: "Büdcə kəsirinin borclanma hesabına qarşılanması riskləri artırır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Büdcə planlamasında boşluqlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












