Hesablama Palatası ötən il 399 min manatlıq satınalma müqaviləsi bağlayıb
sizinxeber.az xəbər saytı

Hesablama Palatası ötən il 399 min manatlıq satınalma müqaviləsi bağlayıb


2024-cü ildə Hesablama Palatası 399,2 min manatlıq satınalma müqaviləsi bağlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, ötən il qurum “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq 379,5 min manat məbləğində 23 müqavilə imzalayıb. Bundan əlavə, bir istiqamət üzrə kotirovka sorğusu əsasında çərçivə sazişi bağlanıb və həmin saziş çərçivəsində 19,7 min manatlıq sadə müqavilələr həyata keçirilib.

Beləliklə, ümumilikdə bağlanmış satınalma müqavilələrinin cəmi məbləği 399,2 min manat təşkil edib. Bu müqavilələrdən 15-i rəqabətli satınalma metodları ilə həyata keçirilib.

Oxşar xəbərlər

Hesablama Palatası satınalma xərclərini 5 % azaldıb
Hesablama Palatası: “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqində çətinliklər var
Hesablama Palatasının ötənilki büdcəsinin icra səviyyəsi 80,5 % olub
Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar aşkarlayıb
Hesablama Palatasının aşkar etdiyi maliyyə pozuntularının tərkibi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle