“S&P” Azərbaycanın bank sektorunun qiymətləndirməsini "müsbət"ə yüksəldib
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) “sabit”dən “müsbət”ə yüksəldib.
Bu barədə "Report" “S&P”yə istinadən xəbər verir.
"Biz Azərbaycanın bank sektoru üçün BICRA qiymətləndirməmizi “sabit”dən “müsbət”ə yenidən nəzərdən keçirdik. Bu sektorun riskləri üzrə müsbət tendensiya 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində son iki ildə ölkədə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin təkmilləşdirilməsi təşəbbüslərini əks etdirir", - agentlik qeyd edib.
“S&P”nin qiymətləndirmələrinə görə, bu təşəbbüslər səmərəli şəkildə həyata keçirilərsə, Azərbaycanda banklara nəzarət və tənzimləməni daha da gücləndirə bilər.
Eyni zamanda, agentlik hesab edir ki, Azərbaycanda tənzimləmə və nəzarət strukturu beynəlxalq standartlardan zəifdir.
“S&P” BICRA qiymətləndirməsində Azərbaycanı "8"ci qrupda saxlayıb.
Oxşar xəbərlər
“S&P” Azərbaycanın 2024-cü il üçün ÜDM-də artım proqnozunu yaxşılaşdırıb
S&P Azərbaycanın bank sistemi ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb
Azərbaycanın bank sektorunun aktivləri 12 %-ə yaxın artıb
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
AMB: Maliyyə sektorunun dayanıqlılığı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












