ADB: Neftin qiyməti azalsa da, 2025-2026-cı illərdə 70 dollardan yuxarı olacaq
Asiya İnkişaf Bankı (ADB) Brent xam neftinin 2025-ci ildə ortalama qiymətini bir barel üzrə 74 ABŞ dolları, 2026-cı ildə isə 71 dollar proqnozlaşdırıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə bankın hesabatında bildirilib. Bununla belə ADB hesab edir ki, neft qiymətləri azalmaqda davam edəcək: "Neft qiymətlərinin qlobal tələbin zəifləməsi və geniş təklif səbəbindən azalacağı gözlənilir. Ticarət mübahisələrinin artması, qlobal tələbi zəiflədə biləcək, eləcə də ABŞ-ın xam neft ehtiyatlarının artması neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaradıb".
ADB qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsinin getdikcə genişlənməsi və bərpa olunan enerji mənbələrinə keçidin davam etməsi neft tələbinin azalacağına işarə edir.
"Qlobal neft təklifinin 2025-ci ildə gündə 1.8 milyon barrel və 2026-cı ildə gündə 1.5 milyon barrel artması proqnozlaşdırılır. Bu artım OPEC+, ABŞ, Kanada, Braziliya və Qayana tərəfindən istehsalın artırılması ilə bağlıdır" - ADB əlavə edib.
Oxşar xəbərlər
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
Dünya bazarlarında 2025-2026-cı illərdə neft tədricən ucuzlaşacaq - PROQNOZ
"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
ABŞ neft qiyməti üzrə proqnozunu artırıb
“Fitch": Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2025-2026-cı illərdə 6%-dən yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












