İcbari Sığorta Bürosu beynəlxalq mükafatlara layiq görülüb
İcbari Sığorta Bürosu (İSB) nüfuzlu “The BOLD Awards” beynəlxalq müsabiqəsinin qalibi olub.
"Report" bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, İSB-nin innovasiya, texnologiya və rəqəmsal sənaye üzrə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilərək mükafatlara layiq görülüb.
İSB 2024-cü ilin oktyabrında “The BOLD Awards” beynəlxalq proqramında 3 kateqoriya üzrə müsabiqədə iştirak etmək üçün təşkilatçılara müraciət ünvanlayıb. 4 meyar (şəffaflıq, təsir dərəcəsi, əhatə dairəsi və insan faktoru) üzrə aparılmış qiymətləndirmə nəticəsində İSB-nin təqdim etdiyi layihələr hər 3 nominasiya üzrə finalçılar sırasına daxil edilib.
Portuqaliyanın Lissabon şəhərində keçirilən tədbirdə münsiflərin qərarı və ictimai səsvermə əsasında İSB-nin İT layihələri “Boldest InsurTech” və “Boldest SaaS” nominasiyaları üzrə birincilik qazanıb.
Hər il keçirilən “The BOLD Awards” proqramında rəqəmsal sənayeyə əsaslanan 33 kateqoriya üzrə fərdi şəxslər, startaplar və şirkətlər iştirak edir. Kateqoriyalar süni intellekt, blokçeyn, robototexnika, səhiyyə texnologiyaları, sığorta texnologiyaları, metakainat, proqram təminatı xidməti (SaaS), kosmik texnologiyalar, təhsil texnologiyaları və digər sahələri əhatə edir. “The BOLD Awards” proqramı üzrə 2024-cü ilə qədər 5 müsabiqə təşkil olunub. Müsabiqələrdə iştirakçıların innovasiya və texnologiyaların inkişafına verdiyi töhfələr qiymətləndirilir.
Bununla da İSB son 1 ildə beynəlxalq proqramlardan qazandığı mükafatların sayını 5-ə çatdırıb.
2024-cü ildə İSB Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək “Best Customer Engagement Software” mükafatını qazanıb. “Best Embedded Insurance Provider” və “Insurtech of the Year” mükafatları üzrə ikincilik isə İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək səmərəliliyi nəzərə alınaraq verilib.
Oxşar xəbərlər
İcbari Sığorta Bürosu 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb
“İcbari Sığorta Bürosu” 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb
“DOST Müfəttiş” layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb
DOST RİM ABŞ-də keçirilən müsabiqədə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












