Aqrar Sığorta Fondu 10 aylıq nəticələri açıqlayıb
Bu ilin yanvar-oktyabr aylarında Aqrar Sığorta Fondu 406 500 hektar əkin sahəsini, eləcə də 2 619 baş iri və xırdabuynuzlu mal-qaranı sığortalayıb.
"Sizinxeber.az" Fonda istinadən xəbər verir ki, 10 ay ərzində bitkiçilik sığortası üzrə 10,841 milyon manat, heyvandarlıq sığortası üzrə isə 1,58 milyon sığorta haqqı toplanılıb.
Beləliklə, ümumi sığorta yığımı 12,421 milyon manat, ümumi sığorta təminatı isə 475 milyon manat təşkil edib.
Hesabat dövründə Fond 4,049 milyon manat sığorta ödənişi verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. O cümlədən, bitkiçilik üzrə sığorta ödənişi 4 dəfə artaraq 3,142 milyon manat, heyvandarlıq üzrə sığorta ödənişi isə təxminən 45 % artaraq 907 min manat olub.
Azərbaycanda aqrar sığorta haqqının 50 %-ni dövlət, qalanını isə fermerlər ödəyir.
Oxşar xəbərlər
Aqrar Sığorta Fondu 9 aylıq nəticələri açıqlayıb
Aqrar Sığorta Fondunun ödənişləri 10 milyon manatı ötüb
Azərbaycanın sığorta bazarı 9 % böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
