“Azre Təkrarsığorta” “Qala Həyat”dakı payının bir hissəsini satıb
“Qala Həyat” sığorta şirkətinin səhmdarlarının pay bölgüsü dəyişib.
“APA-Economics”in əldə etdiyi məlumata görə, “Azre Təkrarsığorta” şirkəti həyat şirkətindəki səhmlərinin 40%-ni 6 fiziki şəxsə satıb. Nəticədə, onun “Qala Həyat”dakı payı 90%-dən 50%-ə, səhmlərinin sayı isə 4104-dən 2280-ə enib.
Fiziki şəxslər - Fərəcov İftixar Səftər oğlu, Hətəmov Namiq İmdat oğlu, Mirhadıyev Cavid Sənan oğlu, Tağıyev Əbülfət Məzahir oğlu və Yusifov Mehman Oqtay oğlu hər biri “Qala Həyat”dan 7.193% (328 ədəd səhm) pay əldə edib. Səfərov Vəlihəd Məmmədağa oğlu isə həyat sığorta şirkətindən 4.0351% (184 ədəd səhm ) pay alıb.
Qeyd edək ki, “Qala Həyat” sığorta şirkətinin digər səhmdarı İbrahimov Kamal Mirsahib oğlu əvvəlki qaydada payını (456 ədəd səhm -10% pay) qoruyub.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır.
Oxşar xəbərlər
“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki payını satıb
“Bakı Sığorta”nın iki səhmdarı sığorta şirkətindəki poyını satıb
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Azərbaycanda təkrarsığorta haqları 10 % azalıb
“Bank Avrasiya”nın səhmdarları dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












