Azərbaycanda 2 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda 2 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 30,7 milyon manatdan çox hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, "ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. Ötən 2 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 6,2 milyon manata yaxın olub. 

Oxşar xəbərlər

Azərbaycanda 11 ayda vətəndaşlara 160 milyon manata yaxın ƏDV qaytarılıb
Azərbaycanda ötən il vətəndaşlara qaytarılmış ƏDV məbləğləri açıqlanıb
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 11 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 14 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda yeddi ayda istehlakçılara 103 mln. manat ƏDV geri qaytarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər