Azərbaycanda 11 ayda vətəndaşlara 160 milyon manata yaxın ƏDV qaytarılıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160 milyon 277,7 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. Bu ilin yanvar-noyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,7 min manatdan çox olub.
Oxşar xəbərlər
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 11 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 14 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda yeddi ayda istehlakçılara 103 mln. manat ƏDV geri qaytarılıb
Azərbaycanda 8 ayda 116 mln. manat ƏDV geri qaytarılıb
Bu ilin 9 ayında istehlakçılara 130 mln. manatdan çox ƏDV geri qaytarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?












